Alez Travel

Bonus & Incentive Proqramı

Dövriyyəyə Əsaslanan Bonus Modeli

İllik və ya rüblük dövriyyə göstəricilərinə əsasən economy və business class kateqoriyalı bonus aviabiletlər və idarə heyəti üçün otel gecələmələri təqdim edilir. Dövriyyə artdıqca ödənişsiz oturacaq seçimi, prioritet baqaj və seçilmiş premium hava limanı xidmətləri əlavə olunur.

Loyalty Proqramına Əsaslanan Bonus Modeli

Uzunmüddətli və stabil əməkdaşlıq edən tərəfdaşlar üçün fast track, lounge girişləri, VIP CIP xidmətləri və prioritet boarding kimi üstünlüklər təqdim olunur. Əlavə olaraq şəxsi koordinator (dedicated manager) və prioritet dəstək xidməti loyalty səviyyəsinə uyğun aktivləşdirilir.

Aviaşirkət Tərəfdaşlıqları üzrə Bonus Modeli

Üstünlük verilən aviaşirkətlər üzrə alış həcminə uyğun olaraq tarif endirimləri, əlavə baqaj imkanları və economy və business class kateqoriyalı bonus biletlər təqdim edilir. Bu çərçivədə tərəfdaşlıq səviyyəsinə uyğun olaraq 5 ədəd Elite Miles kartı aktivləşdirilir.

MICE, Dövlət və Korporativ Tədbirlərin Sayına Əsaslanan Bonus Modeli

İl ərzində 5 dəfədən çox təşkil edilən MICE, dövlət və korporativ tədbirlər üzrə bonuslar mərhələli şəkildə formalaşdırılır. Bu çərçivədə təhlükəsizlik (mühafizə) və sinxron tərcümə xidmətləri, eləcə də coffee break və rəsmi şam yeməyi kimi tədbir hədiyyələri bonus olaraq təqdim olunur.

Referans Əsaslı Bonus Modeli

Yeni korporativ əməkdaşlıq yönləndirən tərəfdaşlara bonus biletlər, lounge girişləri, VIP hava limanı xidmətləri və economy class biletlərindən business class kateqoriyasına upgrade təklifləri təqdim olunur. Referans həcmi artdıqca transferlər və seçilmiş premium üstünlüklər əlavə edilir.

Səfər Sayına Əsaslanan Bonus Modeli

İl ərzində həyata keçirilən səfərlərin sayına uyğun olaraq bonuslar mərhələli şəkildə aktivləşdirilir. Səfər intensivliyi artdıqca dedicated manager təyinatı, 7/24 dəstək xidməti, ödənişsiz oturacaq seçimi, hava limanı transferləri, otel otaqları üzrə upgrade imkanları və prioritet xidmətlər bonus paketinə daxil edilir.