- Səyahət və tədbir planlaması üçün dəstək?
+994 99 370 78 08
İllik və ya rüblük dövriyyə göstəricilərinə əsasən economy və business class kateqoriyalı bonus aviabiletlər və idarə heyəti üçün otel gecələmələri təqdim edilir. Dövriyyə artdıqca ödənişsiz oturacaq seçimi, prioritet baqaj və seçilmiş premium hava limanı xidmətləri əlavə olunur.
Uzunmüddətli və stabil əməkdaşlıq edən tərəfdaşlar üçün fast track, lounge girişləri, VIP CIP xidmətləri və prioritet boarding kimi üstünlüklər təqdim olunur. Əlavə olaraq şəxsi koordinator (dedicated manager) və prioritet dəstək xidməti loyalty səviyyəsinə uyğun aktivləşdirilir.
Üstünlük verilən aviaşirkətlər üzrə alış həcminə uyğun olaraq tarif endirimləri, əlavə baqaj imkanları və economy və business class kateqoriyalı bonus biletlər təqdim edilir. Bu çərçivədə tərəfdaşlıq səviyyəsinə uyğun olaraq 5 ədəd Elite Miles kartı aktivləşdirilir.
İl ərzində 5 dəfədən çox təşkil edilən MICE, dövlət və korporativ tədbirlər üzrə bonuslar mərhələli şəkildə formalaşdırılır. Bu çərçivədə təhlükəsizlik (mühafizə) və sinxron tərcümə xidmətləri, eləcə də coffee break və rəsmi şam yeməyi kimi tədbir hədiyyələri bonus olaraq təqdim olunur.
Yeni korporativ əməkdaşlıq yönləndirən tərəfdaşlara bonus biletlər, lounge girişləri, VIP hava limanı xidmətləri və economy class biletlərindən business class kateqoriyasına upgrade təklifləri təqdim olunur. Referans həcmi artdıqca transferlər və seçilmiş premium üstünlüklər əlavə edilir.
İl ərzində həyata keçirilən səfərlərin sayına uyğun olaraq bonuslar mərhələli şəkildə aktivləşdirilir. Səfər intensivliyi artdıqca dedicated manager təyinatı, 7/24 dəstək xidməti, ödənişsiz oturacaq seçimi, hava limanı transferləri, otel otaqları üzrə upgrade imkanları və prioritet xidmətlər bonus paketinə daxil edilir.